Həbs edilən sabiq Qırğızıstan prezidenti bu cinayətlərdə ittiham edilib


Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, 2019-cu ilin aprel ayında Qırğızıstan parlamenti sabiq Almazbek Atambayevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanun layihəsi hazırladı. Ölkə prezidenti Soronabay Jinbekov isə həmin qərarı imzalayıb. Nəticədə prezidentlik statusundan məhrum edilən sabiq prezident korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır. Həmçinin, Almazbek Atambayin qeyri-qanuni yollarla əldə etdiyi çox sayda mülkünün olduğu iddia edilir. Sabiq prezident isə bu qərarı absurd adlandıraraq ona qarşı hökumətin təxribatı kimi qiymətləndirib.
Qeyd edək ki, Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev Bişkekin Pervomayski rayon məhkəməsinin qərarına görə, 11 il 2 ay azadlıqdan məhrum edilib. Bu barədə Atambayevin vəkili Sergey Slesarev məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top