Almaniyada yaşayan azərbaycanlılar Rusiyaya belə etiraz etdilər – FOTO


Almaniyada yaşayan bir qrup azərbaycanlı Rusiyanın Bonn şəhərindəki konsulluğunun qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə bloger Azər Kazımzadə məlumat paylaşıb.
Həmvətənlərimiz Azərbaycan-Rusiya sərhədində aylardır gözləyən vətəndaşlarımızın OMON-un hücumuna məruz qalmasına etiraz edərək konsulluq binası önündə yerə uzanıblar. Azərbaycan bayraqları açılıb, etiraz şüarları səsləndirilib.
Məlumat üçün bildirək ki, iyunun 15-dən 16-na keçən gecə iki aya yaxındır sərhədə toplaşıb Azərbaycana keçmək istəyən Azərbaycan vətəndaşları ilə Rusiya hüquq-mühafizə orqanları arasında qarşıdurma baş verib. OMON havaya atəş açıb, həmvətənlərimizi döyüb, əllərini və ayaqlarını bağlayaraq üzü üstdə yerə uzadıb. 

DİGƏR XƏBƏRLƏR

Top