
Əməkdar artist Elza Seyidcahanın yol hərəkət qaydalarını pozduğuna görə 5500 manat borcu var.
Yeniavaz.com xəbər verir ki, müğənni buna görə avtomobilinin əlindən alındığını və cərimə meydançasına aparıldığını, buna görə də hal-hazırda taksidən istifadə etdiyini qeyd edib:
"Canlı yayımlar, tədbirlər... Tıxaca düşəndə vaxtında çatmağa çalışırıq. Polislər bizə güzəşt etsələr də, radarlar etmir. Cərimələrin üstünə hər iyirmi gündən bir sığorta və faiz gəlib, borcum 5500 manat olub. Hal-hazırda 3 min manat ödəmişəm, 2500 manatı qalıb. İndi amma karantin olduğu üçün ödəyə bilmirəm.
Çətindir, gündə dörd verilişə gedirəm, maşınım mənim üçün ev idi. Güzəşt etsinlər, az-az ödəyim”.
İlahə Hüseynova