Putinə atasının şəkli göstərildi - VİDEO


Rusiya prezidenti Vladimir Putinə muzeydə atasının şəkli və bioqrafiyası təqdim edilib.
Yeniavaz.com
"lenta.ru"ya istinadla xəbər verir ki, Putin  Moskva yaxınlığında yerləşən "Yaddaş yolu" adlı muzeylə tanış olub. Muzeydə Rusiya uğrunda vuruşan əsgərlər, ön xətdə xidmət göstərən digər bütün işçilərdən ibarət milyonlarla şəxs barədə informasiyalar yerləşdirilib. Məlumatlarla tanış olan Putinə atasının fotosu və bioqrafiyası təqdim edilib. Yayımlanan yeni videoda Putinin atası barədə yazlanları diqqətlə oxuduğu görülür. Qeyd edək ki, Putinin atası Vladimir Spiridinoviç Putin İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Rusiya prezidenti 2015-ci ildə etdiyi çıxışı zamanı atasının müharibədə vuruşması və blokada vaxtı anasını necə xilas etməsi barədə məlumatlar vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top