İsveçrədə 400 min manat cərimə ödəyən azərbaycanlı kimdir?


İsveçrənin Cenevrə şəhərində bir azərbaycanlı son model "Audi" markalı avtomobili ilə qaydaları pozduğuna görə 211 min avro cərimələnib.
Yeniavaz.com xəbər verir ki, bu barədə «Walliser Boten» məlumat yayıb. Məlumata əsasən ötən il yeni il ərəfəsində Qondo sərhəd keçid məntəqəsindən bahalı "Audi" markalı avtomobili ölkəyə daxil olan azərbaycanlı gəncin sənədləri yoxlanılıb. Onun sürücülük vəsiqəsiz səyahət etdiyi məlum olub və 130 gün müddətində gündəlik İsveçrə frankı 1750 frank (3138 AZN) məbləğində cərimələnib. Bundan əlavə 10 min İsveçrə frankı (18 min AZN) məbləğində cərimə də ödəməli olub. Cenevrədə yaşayan adı açıqlanmayan azərbaycanlı bir ay sonra yol hərəkət qaydalarını pozduğuna görə yenidən polis tərəfindən saxlanılıb. Yenidən sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün bu dəfə 225 000 İsveçrə frankı (403 min 700 AZN) məbləğində cərimə edilib. KİV-in məlumatına əsasən sözügedən şəxs cəriməyə etiraz etməyib və günahını qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top