Rəsul Quliyevin bacısının koronavirusdan vəfat etməsi xəbərilə bağlı AÇIQLAMA - YENİLƏNİB

“Azərbaycanın sabiq spikeri Rəsul Quliyevin bacısı Ceyran Quliyeva koronavirusdan vəfat etməyib”.

Yeniavaz.com xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında R.Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

“Ceyran Quliyevanın 80 yaşı vardı. Dünən axşam təzyiqi düşüb. Həkim çağırılıb, sistem qoşulub. Elə həkimin yanındaca vəfat edib. Burada koronavirusa yoluxmadan söhbət gedə bilməz” – A.Şakiroğlu qeyd edib.


***16:35
Eks-spiker Rəsul Quliyevin bacısı koronavirusdan dünyasını dəyişib. 

Yeniavaz.com Lent.az -a istinadən xəbər evrir ki, 80-dən artıq yaşı olan Ceyran xanım səhhətində yaranmış narahatlıqdan sonra COVİD-19 testindən keçib və nəticə pozitiv olub. Həkimlərin və yaxınlarının səyinə baxmayaraq, C.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top