Nigeriyada silahlı hücum olub – 23 ölü


Qərbi Afrika ölkəsi Nigeriyanın şimal-qərbində silahlı hücum nəticəsində 23 nəfər həyatını itirib, xeyli insan yaralanıb.
Yeniavaz.com
“Haber Türk”ə istinadən xəbər verir ki, hücum, motosikletli silahlı şəxslər tərəfindən Zamfara əyalətinin Ruvan-Tofa şəhərində həyata keçirilib.
Zamfara əyalətinin polis rəsmisi Məhəmməd Şehu hadisəni təsdiqləyərək, bölgəyə təhlükəsizlik qüvvələrinin sövq edildiyini və hadisə ilə bağlı istintaq başladıldığını bildirib.  
Hadisəyə səbəb otlaq üzərində başlamış dava olub.
Qeyd edək ki, Zamfara əyalətində artıq 4 ildir ki, maldarlıqla məşğul olan fulanilərlə, əkinçiliklə məşğul olan digər qəbilələr arasında otlaq sahəsi uğrunda mübarizə aparılır. Bu günə qədər bölgədə yaranan münaqişələrə görə təqribən 2 min insan öldürülüb, minlərlə insan isə öz yaşayış yerlərini tərk ediblər.

DİGƏR XƏBƏRLƏR

Top