Eldar Mahmudovun ailəsinin büdcəyə böyük həcmdə borcu var – MƏBLƏĞ


Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinə məxsus olan şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.
Yeniavaz.com
-un apardığı araşdırmaya görə, Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsus olduğu bildirilən “Kristal İnşaat” MMC-nin dövlət büdcəsinə ümumilikdə 220 min 708 manat 25 qəpik vergi borcu var.
Bundan başqa “Kristal İnşaat” MMC ilə eyni ünvanda yerləşən - Xətai rayon, Yusif Səfərov, ev 23 A-da yerləşən “Crystal Med” MMC-nin də dövlət büdcəsinə 1 338 manat 14 qəpik vergi borcu var. Anar Mahmudovun Qanuni təmsilçisi olduğu “Diqlas-1” MMC-nin isə büdcəyə 6,33 manat vergi borcu yaranıb.
Məlumat üçün bildirək ki, adları qeyd olunan şirkətlərin Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudova məxsus olması barədə bugünə kimi mətbuatda çoxsaylı məlumatlar yer alıb. Rəsmi sənədlərdə Eldar Mahmudovun oğlu Anar Mahmudov “Diqlas-1” MMC-nin qanuni təmsilçisi olduğu qeyd olunur. Eyni zamanda Anar Mahmudovun “Caspian Crystal Holdinq”in İdarə heyətinin sədri olduğu göstərilir.  Yuxarıda adları qeyd olunan “Kristal İnşaat” MMC və “Crystal Med” MMC “Caspian Crystal Holdinq”lə eyni ünvanda yerləşir.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top