Qanada COVID-19-a yoluxma halı 14 mini keçib


Qərbi Afrika ölkəsi Qanada COVID-19-a yoluxnların sayı 14 mini keçib.
Yeniavaz.com
-un xəbərinə görə, Qana prezidenti Nana Akuffo-Addo milli televiziyada verdiyi açıqlamada bildirib ki, bugünə kimi ölkədə 270 min 300 insan COVID-19 testindən keçib. Prezident son 24 saat ərzində 147 nəfərdə koronavirus aşkarlandığını deyib: "Ümumi yoluxma sayı 14 min 154 nəfərdir, bu günə qədər 85 nəfər dünyasını dəyişib, 10 min 473 nəfər isə sağalaraq evə buraxılıb".
Son 24 saat ərzində Qanada koronavirusdan ölüm halı qeydə alınmayıb.

DİGƏR XƏBƏRLƏR

Top