Bəxtiyar Hacıyev polis idarəsinə çağırılıb


İctimai fəal Bəxtiyar Hacıyevin millət vəkili Fazil Mustafanın şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıldığı deyilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış hüquqşünas Fərhad Mehdiyev, jurnalist Xədicə İsmayıl və başqaları yazıblar. İctimai fəalın BŞBPİ İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Elçin Qurbanov tərəfindən quruma çağırıldığı və saat 11:00-dan etibarən orada olduğu bildirilir.
BŞBPİ-nin mətbuat katibi Elşad Hacıyev Yeniavaz.com-a açıqlamasında məsələdən xəbərsiz olduğunu və araşdıracağını bildirdi.
Qeyd edək ki, iyunun 8-də Yeni Yasamal rayonu ərazisində polisin vətəndaşları saxlamaq üçün keçirdiyi xüsusi əməliyyat müzakirələrə səbəb olmuş, buna görə Bəxtiyar Hacıyev və Fazil Mustafa sosial şəbəkələr və mətbuat vasitəsilə bir-birlərinə qarşı qərəzli fikirlər səsləndirmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top