Koronavirusun yayıldığı Çindən daha bir təhlükəli addım - Minlərlə it öldürülüb...


Çində COVID-19 ilə mübarizə tədbirləri çərçivəsində itlər ferma heyvanları statusundan çıxarıldığı halda, Quansi əyalətinin Yulin şəhərində başlayan "Liçi və it əti" festivalında minlərlə it öldürülərək tövlələrdə nümayiş etdirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki,heyvan haqları müdafiəçisi, çinli mütəxəssis Peter Li, it ətinin satışının yeni xəstəliklərə yol aça biləcəyini söyləyib.
Li, fərqli immunitet sisteminə malik olan müxtəlif növ heyvanların son illərdə baş verən xəstəliklərə səbəb olduğunu dilə gətirərək, it ətinin də yeni epidemiyanın yayılmasına səbəb ola biləcəyini deyib.
Çinin müxtəlif yerlərində sözügedən heyvanların ətinin satılmasının qarşısının alınması üçün qanuni tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Çində it ətinin ticarət həcmi 12,3 milyon dollara çatır.

DİGƏR XƏBƏRLƏR

Top