
Çin-Hindistan arasında yaşanan sərhəd problemi böyüyür.
Yeniavaz.com xarici KİV-ə isitnadla xəbər verir ki, keçən həftə Çin və Hindistan arasında yaşanan gərginliyin ardından Hindistan rəsmiləri sərt açıqlamalar verib. Hadisə ilə bağlı danışan Hindistanın Nəqliyyat naziri Sinq Himalay dağındakı sərhəddə ən az 40 Çin əsgərinin öldürüldüyünü açıqlayıb. O bildirib ki, "Qalvan Vadisi"də nə qədər hind əsgəri öldürülsə bu rəqəm digər tərəfdə iki qat olacaq. Çin tərəfindən isə hadisə ilə bağlı heç bir açıqlama verilməyib. Əvvəllər Müdafiə Nazirliyində yüksək vəzifədə çalışan Sinq 1962-ci ildən bu günə qədər həmin ərazidə baş verən heç bir ölüm barədə Çinin açıqlama vermədiyini deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Himalay dağında yerləşən Çin-Hindistan sərhəddində hər iki dövlətin hərbçiləri arasında qarşıdurma yaşanmışdı. Hadisə nəticəsində 20-dən çox hind əsgəri, 40-dan çox Çin əsgəri dünyasını dəyişmişdi.