ABŞ-da gənclər arasında COVID-19-a yoluxanların sayı artıb


Texas və Florida ştatlarının qubernatorları 30 yaşdan aşağı gənclər arasında koronavirusa yoluxma hallarının artdığını bildiriblər.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, test nəticələri müsbət çıxan gənclərin əksəriyyətində virusun heç bir simptomu görülməyib. Qeydə alınan yoluxma hallarının əsasən ölkənin ilk normallaşma dönəminə girən ştatlarda Florida, Cənubi Karolina, Corciya və Texasda görülüb. Bu ərazilərdə gənclərin maska taxmadıqları və sosial məsafə qaydalarına əməl etmədikləri aşkarlanıb. Həmçinin bildirilir ki, yoluxma halların ən çox əyləncə mərkəzlərinə və barlara gedənlər arasında qeydə alınıb.
Qeyd edək ki, Kaliforniya ştatı yoluxma hallarına görə Nyu-Cersini geridə qoyaraq 175 min nəfərlə 2-ci sırada yer alıb. Florida isə 97 min yoluxma halıyla ilk 10 ştat arasına girib. Mütəxəssislərin sözlərinə görə əgər vaxtında tədbir alınmasa Florida yayın sonuna kimi COVID-19 statistikasında 1-ci yerə qalxa bilər.

DİGƏR XƏBƏRLƏR

Top