"Bacım qızı və yeznəm koronavirusa yoluxub baxan yoxdur"


Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşayan yeznəm Həsənov Arif Əmirxan oğlu və bacım qızı Həsənova Samirə Arif qızı bir həftədir ki, koronavirusa yoluxublar. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rafiq Mərzəli adlı vətəndaş özünün "facebook" hesabında yazıb.
O bildirib ki, təcili yardıma zəng etsələr də kömək edən yoxdur: "3 dəfə təcili yardım çağırıblar, hər dəfə də xəstələrin üzünə baxıb deyiblər ki, bizim tibbi yardım etməyə ixtiyarımız yoxdu, xəstəxanada yer boşalan kimi gəlib aparacağıq.
Beləliklə, 1 həftə ötür. Həm də o boyda Sumqayıtda iynə vurmağa, sistem qoşmağa heç bir tibb bacısı cəsarət etmir, deyirlər ki, ixtiyarımız yoxdu.
TƏBİB-in qaynar xəttinə zəng vurmuşuq heç bir nəticə yoxdur. Azərbaycan səhiyyəsi bu vəziyyətdədir. Dostlar, bircə Allaha, bir də sizin dualarınıza gumanım qalıb".

DİGƏR XƏBƏRLƏR

Top