
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Belə ki, 29 yaşlı Rəvanə Novruzova Tofiq qızı qarından alan kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə 29 yaşlı N.Rəvanə qonşu qadın tərəfindən bıçaqlanıb.
Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.