
Binəqədi rayonunda baş verən yanğın söndürülüb.
Bu barədə Yeniavaz.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xocahəsən qəsəbəsində qeydə alınan yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.
16:18***
Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.
Yeniavaz.com report-a istinadən xəbər verir ki, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexi yanır.
Əraziyə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz