
Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı götürülmüş profilaktik test nümunələrinin nəticələri sabah açıqlanacaq.
Bu barədə Yeniavaz.com-a Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edək ki, Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda deputatlardan COVID-19 infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.