Milli Məclisin deputatları koronavirus testindən keçirildi


Azərbaycan Respublikasının Milli Məclisində “COVİD-19” infeksiyası ilə bağlı Milli Məclis Aparatının əməkdaşları, eyni zamanda millət vəkilləri arasında mütəmadi olaraq testlər aparılır. 
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yeniavaz.com-a verilən məlumata görə, iyunun 21-də Milli Məclis Aparatının əməkdaşlarından, eyni zamanda millət vəkillərindən "COVİD-19" infeksiyası ilə bağlı profilaktik test nümunələri alınıb.

DİGƏR XƏBƏRLƏR

Top