Almaniyada Leninin heykəli ucaldılıb


Almaniyanın Qelzenkirxen şəhərində Marksizm-Leninizm Partiyasının təşəbbüsü ilə inqilabçı, SSRİ-nin yaradıcılarından olan Vladimir Leninin iki metrlik heykəli ucaldılıb.

Qeyd edilir ki, kansler Angela Merkelin təmsil olunduğu Xristian Demokratik İttifaqının, sağ radikalların, şəhər administrasiyasının bununla bağlı etirazı nəticə verməyib.

Marksizm-Leninizm Partiyasının nümayəndəsi Peter Vayspfeninq agentliyə bildirib ki, bu, Leninin keçmiş Çexoslovakiyadakı abidəsidir. “Biz onu Avstriyadakı satıcıdan “ebay” vasitəsilə əldə etdik - "məxməri inqilabdan" sonra abidə orada idi. Biz onu almağa və ucaltmağa qərar verdik, çünki Qərbi Almaniyada indiyə qədər Leninin heç bir büstü və ya heykəli yox idi", - Vayspfeninq deyib.//Report

DİGƏR XƏBƏRLƏR

Top