Türkiyə-Fransa arasındakı gərginlik artdı - NATO-da araşdırma başladı


Türkiyə ilə Fransa arasında yaşanan gərginlik böyüyür.
Yeniavaz.com
"Cumhuriyet"ə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Cens Stoltenberq müttəfiqlərin Aralıq dənizində yoxlama aparmaq istəyinə Türkiyə tərəfindən cavab verilmədiyi üçün araşdırma başladıldığını bildirib. Araşdırmanın Fransa tərəfinin şikayəti əsasında başladıldığı qeyd olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl Aralıq dənizində Fransa gəmiləri ilə Türkiyə gəmiləri arasında qarşıdurma yaranmışdı. Fransa tərəfi Türkiyənin onlara aid gəmilərə təzyiq göstərdiyini və göyərtədəki əsgərlərinin döyüş vəziyyətinə gətirildiyini bildirmişdi. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə açıqlama verərək belə deyib: "Burada bizim gəmilərimizi "Liviyaya nə aparırsınız" deyə yoxlamağa çalışıblar. Bizim də Aralıq dənizində gəmilərimiz var. Sən NATO müttəfiqinə qarşı belə davransan təbii ki, cavabını alacaqsan".

DİGƏR XƏBƏRLƏR

Top