“Bir nəfər iki yerdə işləyirsə, hər iki yerdən icazə almalıdır”.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, bir yerdən icazə alan şəxs icazə aldığı sahədən kənar işləyərsə, problem ola bilər:
“Ola bilər ki, vətəndaşın birinci iş yerindən aldığı arayış ikinci çalışdığı sektora uyğun deyil. Bu səbəbdən yaxşı olar ki, vətəndaşlar çalışdığı hər iki qurum tərəfindən portalda qeydiyyatdan keçirilməklə icazə alsınlar”.