Banan Azərbaycana neçəyə gətirilir? - QİYMƏT


Koronavirus pandemiyası səbəbindən xüsusi karantin rejiminin tətbiq olunduğu aprel ayı ərzində Azərbaycana xarici ölkələrdən qurudulmuş və təzə halda 4 min 394,94 ton banan gətirilib. 
Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlik – mart ayı ilə müqayisədə banan idxalı 38% və ya 2 min 694,4 ton azalıb..
Aprel ayında idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 20 qəpik (71 sent) təşkil edib.
Məlumat üçün qeyd edək ki, marketlərdə banan gömrük dəyərindən təxminən 2 dəfə baha satılır. Belə ki, marketlərdə satılan bananın 1 kiloqramının orta qiyməti 2 manat 30 qəpik təşkil edir.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top