Kamran Əliyev: “Elə düşünməsinlər ki, karantin postlarında onlara hansısa şərtlərlə icazə veriləcək”

“Səkkiz inzibati ərazi üzrə sərt karantin rejiminin tətbiqinə ciddi nəzarət ediləcək”. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, Bakı, Sumqayıt və Abşeronda qeydiyyatda olan şəxslər rayonlara getməyə cəhd edib:

“Təkcə dünən şəhərlərarası sərhədlərdə beş min avtomobil saxlanılıb. Onlardan dörd mini Bakı istiqamətinə, min avtomobil isə rayon istiqamətinə qaytarılıb. Elə düşünməsinlər ki, karantin postlarında onlara hansısa şərtlərlə icazə veriləcək. Buna görə polis əməkdaşları ilə mübahisə etmək lazım deyil. 

Əgər Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının sizə bildirdiyi qaydalardan narazısınızsa, DİN-in qaynar xəttinə müraciət edə bilərsiniz”.

DİGƏR XƏBƏRLƏR

Top