Belarusiyada prezidentliyə namizəd saxlanıldı


Belarusiyada seçki qabağı prezidentliyə ən güclü namizədlərdən biri Viktor Babariko polis tərəfindən saxlanılıb.
Yeniavaz.com
"BBC"-ə istinadla xəbər verir ki, Babariko ölkə prezidenti Aleksandr Lukaşenkonun ən böyük rəqiblərindən biri hesab edilir. Hadisədən sonra çıxış edən Lukaşenko, Babarikonun həbsi ilə ölkədə baş verə biləcək xaosun qarşısının alındığını bildirib. Qeyd edək ki, prezidentliyə namizədin saxlanılmasından sonra Belarusiyada Viktor Babarikonun tərəfdarları etiraz aksiyası keçiriblər. Aksiyada aralarında jurnalistlərin də olduğu 10-dan çox şəxs həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top