Türkiyədə COVID-19-a yoluxanların və ölənlərin sayı artdı


Türkiyədə son sutkada 23 nəfər koronavirusdan dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca "twitter" vasitəsilə məlumat verib. O bildirib ki, ölkədə son 24 saat ərzində 23 nəfərin vəfat etməsi ilə ümumi ölənlərin sayı 4 min 905-ə çatıb. Yoluxanların sayı 1214 nəfər artaraq 185 min 245 olub. Nazir bildirib ki, görülən tədbirlər yaxşı nəticə verir və son günlərdə İstanbul və Ankarada yoluxma halları azalmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top