Biləcəridə həyətyanı sahədə torpağı qazırsan, altından neft çıxır - VİDEO


Təsəvvür edin ki, həyətyanı sahəndə torpağı qazırsan, altından neft çıxır.

Baku.Tv xəbər verir ki, nə qədər qəribə səslənsə də, hadisə Biləcəri qəsəbəsi, yeni Yaşayış Massivində yaşayan ailələrdən birinin başına gəlib.

Evin arxasından kəskin qoxu gəldiyi üçün Elbrus Cabbarov bir neçə ay əvvəl torpağı qazıb və qazdığı yerdən neft çıxıb.

O bildirib ki, çıxan nefti yığıb-yığışdırmaq olmur.

E. Cabbarov imkan tapdıqca nefti yığıb qablara doldurur. Lakin neft çıxmağa davam edir. Bu isə çox təhlükəlidir. Ərazidə yanğın baş verərsə, nəticəsi faciəvi olacaq.

Mövcud problemlə əlaqədar müxtəlif qurumlara müraciət edən sakinlərin şikayətləri əsasında Biləcəri Bələdiyyəsi aidiyyatı orqanlara məktub yazıb. 

SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun fikrincə, bu yer, ola bilər ki, Binəqədi rayonundakı neft-mədən ərazisinə düşsün.

Hansı ki, həmin əraziləri uzun müddət öncə bəzi vətəndaşlar zəbt edib, bəziləri isə qeyri-qanuni formada satıb.

“Əgər ev mədən ərazisində deyilsə, vətəndaş birbaşa olaraq “SOCAR”a və ya Energetika Nazirliyinə müraciət etməlidir. Əgər mədən ərazisi sayılırsa, həmin ərazi vətəndaşa yox, şirkətə məxsusdur. Xeyli vətəndaşla bağlı məhkəmə qərarı da var ki, oradan çıxarılsın“, - deyə, İbrahim Əhmədov qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top