İtkin düşən 3 qız Bakıya gələn “KamAZ”da tapıldı - YENİLƏNİB

Masallı rayonunda itkin düşdüyü bildirilən 3 yeniyetmə qız tapılıb.
Yeniavaz.com
xəbər verir ki, ötən gün axşam saatlarında Masallı rayonunun Şərəfə kəndinə qonaq gələn və itkin düşdüyü ehtimal olunan 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızını, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızını və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızı tapılıblar.
Belə ki, qızlar Bakıya qayıdarkən postların birində yük avtomobilində aşkarlanaraq valideynlərinə təhvil verilib. Kənd sakinlərinin bildirdiyinə görə qızlar yola çıxaraq evlərinə qayıtmaq üçün Bakı istiqamətinə gedən bir “Kamaz” markalı maşına miniblər. Axtarışlar nəticəsində yük maşını Bakıya yaxınlaşarkən saxlanılıb.
Qeyd edək ki, dünən qızların itkin düşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng edilmişdi.
Bu hadisə ilə bağlı ilkin xəbəri cənub.az internet qəzeti yaymışdı.

***     00:28
Masallı rayonunda üç qız itkin düşüb.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatda deyilir ki, 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Hazırda FHN-in Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri  tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top