Azərbaycanda bu nazirliyin koronavirusa yoluxan əməkdaşlarının sayı artdı - RƏSMİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun mətbuat katibi İradə İbrahimova oxu.az-a açıqlama verib. O bildirib ki, nazirliyin səkkiz əməkdaşı COVID-19-a yoluxub. 

“Onlardan yeddisi kişi, biri qadındır. Əməkdaşlarımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”.

Qeyd edək ki, bir neçə gün öncə nazirliyin üç əməkdaşında koronavirus aşkarlanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top