Əfqanıstanda mədrəsədə partlayış oldu - 7 nəfər öldü


Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətinin İskemiş şəhərində yerləşən mədrəsədə partlayış baş verib.
Yeniavaz.com
“Hüriyyet” agentliyinə istinadən xəbər verir ki, hadisə ilə bağlı Tahar Təhlükəsizlik Müdirliyinin rəsmisi Xəlil Əsir məlumat verib. Əsir hadisə nəticəsində 7 nəfərin vəfat etdiyini, 8 tələbənin də yaralandığını bildirib. Şahidlərin sözlərinə görə hadisə, mədrəsə binasında tələbələr oyun oynadığı vaxt minaatanın partlaması nəticəsində baş verib.

DİGƏR XƏBƏRLƏR

Top