Həkim insanlara çağırış etdi: "Deksametazon" təhlükəli dərmandır və bu xəstələrə qəti olmaz


Oksford Universitetinin alimlərinin “Deksametazon” dərmanı barədə olan araşdırmları və açıqlamalarından sonra bütün dünyada, eləcə də ölkəmizdə bunla bağlı məlumatlar yayımlanmağa başlandı.  Bundan sonra insanlar arasında dərmanın koronavirusun qarşısını alması barədə fikirlər formalaşdı.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan tibb üzrə ekspert Adil Qeybulla bildirdi ki, insanlar “Deksametazon”u özbaşına işlətməməlidirlər:
“İlk öncə onu qeyd edək ki, deksametazon dərmanı xəstənin işlətməsi üçün deyil. Bu həkimə aid məsələdir və həkim təyin etməlidir. Xəstələr özbaşına gedib, istifadə etməməlidirlər. İkinci olaraq isə “Dekzametazon”, “Prednizolon” onsuzda koronavirusla mübarizədə istifadə olunur. “Deksametazon” bəlkə də 100 ildir ki, istifadə olunan dərmandır. İnsanlar bu cür sözlər eşidən kimi, gedib həmin dəqiqə tətbiq edirlər. Başa düşmək lazımdır ki, müalicəni həkim təyin etməlidir. Bu dərmanın yan təsirləri var. Şəkərli diabet, təzyiq xəstələrinə, hormonal pozuntuları olan insanlara qəti şəkildə olmaz. Bu preparat hormondur, özbaşına istifadə etmək olmaz. Yadda saxlamaq lazımdır ki, Covıd-19-un konkret müalicəsi yoxdur. Müalicə yanlız simptomatikdir və xəstənin vəziyyətinə uyğun olaraq həkim təyin edir”.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top