Əl öpərək koronavirusu müalicə etdiyini deyən şəxs həmin xəstəlikdən dünyasını dəyişdi - Hindistanda


Hindistanda insanların əllərini öpərək COVID-19-u müalicə etdiyini iddia edən bir şəxs, özü koronavirusdan ölüb.
Yeniavaz.com xəbər verir ki, Aslam adlı şəxs əl öpmə üsulunun koronaviruslu xəstələr üzərində effektiv rol oynadığını və onların sağalmasına şərait yaratdığını iddia edib. Özündən başqa bir çox insanın da həyatını təhlükə qarşısında qoyan həmin şəxs COVID-19 testi verdikdən bir gün sonra dünyasını dəyişib. Hadisə Hindistanın Ratlam şəhərində baş verib.
Qeyd edək ki, Aslam ölmədən əvvəl 20 nəfəri də eyni virusa yoluxdurub.
 

DİGƏR XƏBƏRLƏR

Top