Çinli epidemioloq: "Pekində yoluxma halları azalacaq"


Çinli epidemioloq Pekində bir neçə gün ərzində yeni növ koronavirusa yoluxma hallarının azalmasının gözlənildiyini bildirib.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Çinin Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzinin baş epidemioloqu Vu Zunyou keçirdiyi mətbuat konfransında məlumat verib. Epidemioloq, həmçinin COVID-19-un Pekində nəzarət altında olduğunu deyib.
Bu tip epidemiyanın qaçınılmaz olduğunu bildirən Vu, koronavirusun Pekində bir neçə gün ərzində azalacağının gözlənildiyini bildirib.
Qeyd edək ki, Pekindəki Şinfadi Kənd Təsərrüfatı Məhsulları Mərkəzi Topdansatış Bazarında meydana gələn və sonradan sürətlə yayılan COVID-19 virusu şəhərdə çox gərgin tədbirlər görülməsinə səbəb olmuş, insanlar arasında "ikinci dalğa" narahatlığını artırmışdı.
 

DİGƏR XƏBƏRLƏR

Top