Xruşşovun oğlu 85 yaşında dünyasını dəyişib


Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi Nikita Xruşşovun oğlu Sergey Xruşşov dünyasını dəyişib.

Qeyd edilir ki, o, 85 yaşında ABŞ-da vəfat edib. S.Xruşşovun ölümünün səbəbləri açıqlanmır.

S.Xruşşov sovet, Amerika və Rusiya publisisti idi. O, “soyuq müharibə”nin tarixi üzrə mühazirələrin oxunması üçün ABŞ-ın Braun Universitetinə dəvət edilmişdi. S.Xruşşov həmçinin Braun Universitetinin Tomas Uotson Beynəlxalq Tədqiqatları İnstitutunun professoru kimi işləyirdi.//Report

DİGƏR XƏBƏRLƏR

Top