Deksametazondan ev şəraitdə istifadə oluna bilər? - VİDEO


Deksametazon kimi immunsupresiv bir dərmanın ev şəraitində istifadəsini məsləhət görmürük”.

Yeniavaz.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov bu gün keçirilən brifinqdə deyib:

“Hələ-hələ bu gün mübarizə aparmış olduğumuz virus xəstəliyi, yəni immun sisteminin gücləndirilməsinə ehtiyac olan bir vəziyyətdə kontrolsuz bir şəkildə insanlar tərəfindən istifadə oluna biləcək deksametazon kimi immunsupresiv bir dərmanın ölkədəki epidemioloji vəziyyəti dəfələrlə pisləşdirmə ehtimalını nəzərə alaraq heç bir vətəndaşa bunun ev şəraitində istifadəsini məsləhət görmürük. Bunu dünya səhiyyə ekspertləri də məsləhət görmür. Bunu nəzərə alaraq bildirirəm bu yolla əldə olunan dərmanların istifadəsi qətiyyətn yolverilməzdir. Amma bizim bu gün reanimasiyalarda yatan xəstələrdə son mərhələdə artıq virusun vermiş olduğu zədənin mübarizəsində antivural dərmanlar mübarizə apara bilmədiyinə görə biz toxumanı vəziyyətdən çıxarmaq üçün onu bəlli dozalarla reanimasiya şəraitində süni tənəffüs aparatına bağlı olan insanlarda istifadə edirik”.

 

 

DİGƏR XƏBƏRLƏR

Top