DİN: Yasamal rayonunda keçirilən əməliyyatdan sonra polis zabiti cəzalandırılmayıb - Onun hərəkətində kobudluq olmayıb


“Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının oğlu olan Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Şəhriyar Hüseynzadənin Daxili İşlər Nazirliyi tərəfindən cəzalandırılması barədə iddialar həqiqətəuyğun deyil”.

Yeniavaz.com xəbər verir ki, bunu report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

DİN rəsmisinin sözlərinə görə, Ş.Hüseynzadə işlədiyi ərazi üzrə xidmət göstərib: “Birmənalı olaraq deyirəm ki, Yasamal rayonunda keçirilən əməliyyat zamanı həmin polis zabitinin hərəkətində, əməlində heç bir qanunsuzluq, qanunupozma, kobudluq olmayıb. Ona görə də ona Daxili İşlər Nazirliyi tərəfindən heç bir cəza verilməyib. Həmin zaman orada olan əməkdaşlarının heç biri qanunazidd hərəkət etməyib. Atasının onu tənbeh etməsinə gəlincə, bu məsələ də araşdırılıb. Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı heç vaxt oğlunun işinə qarışmadığını və elə bir söz demədiyini bildirib. O deyib ki, oğlum Bakıda, mən isə Ağcəbədidəyəm, qətiyyən iddia edilən ifadələri işlətməmişəm”.

Qeyd edək ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun  polis zabiti olan oğlu və eyni zamanda da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun da kürəkəni olan Şəhriyar Hüseynzadənin ötən həftə vətəndaşın mənzilinə daxil olaraq onun yarıçılpaq vəziyyətdə aparılması barədə göstəriş verib. Şəhriyar Hüseynzadənin bu hərəkəti ölkədə ciddi ictimai qınaq yaradıb.

DİGƏR XƏBƏRLƏR

Top