
İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.
Yeniavaz.com xəbər verir ki, xüsusi karantin rejimi dövründə market və apteklər fəaliyyət göstərəcək. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, aprel ayında tətbiq edilən karantin rejimi kimi bu dəfə də insanlar SMS vasitəsilə icazə alaraq market və apteklərdə alış-veriş edə biləcəklər.