
İranda koronavirusdan ölən və yoluxanların sayı artıb.
Yeniavaz.com "worldometers"ə istinadla xəbər verir ki, son sutka ərzində İranda 87 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib. Nəticədə ölkədə koronavirusdan ölənlərin ümumi sayı 9 min 272-yə çatıb. Yoluxanların sayı isə bir gündə 2 min 596 nəfər artmaqla 197 min 647 olub.