May ayında elektrik enerjisini xaricə neçəyə satmışıq? – Daxili bazardan ucuz olub…


Bu ilin may ayında Azərbaycandan xarici ölkələrə 160 milyon 400 min kv/saat elektrik enerjisi ixrac edilib. 
Yeniavaz.com
-un açıqlnan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, aprel ayı ilə müqayisədə xaricə satılan elektrik enerjisinin həcmi 2,3 dəfə azalıb. Belə ki, bu ilin aprel ayında Azərbaycandan xarici ölkələrə 370 milyon 203 min kv/saat elektrik enerjisi ixrac olunub.
Qeyd edək ki, bu ilin may ayında xaricə satılan elektrik enerjisinin 1 kv/saatının gömrük dəyəri isə 4,1 sent və ya növcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 7 qəpiyə bərabər olub.
Məlumat üçün onu da qeyd edək ki, daxili bazarda 1 kv/saatının qiyməti əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatdan az olanda 7 qəpik, 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpiyə bərabərdir.  Qeyri-əhali qrupu üzrə isə 1 kv/saatının qiyməti isə 9 qəpik müəyyən edilib.
Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, xaricə satılan elektrik enerjisinin qiyməti daxili bazarla müqayisədə ucuzdur.
Onu da bildirək ki, aprel ayında xaricə satılan elektrik enerjisinin 1 kv/saatının gömrük dəyəri isə 4,4 sent və ya növcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 7,5 qəpiyə bərabər olur.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top