
Litvada koronavirus infeksiyasına yoluxanların sayı 1784 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkədə COVID-19-la bağlı məlumatların verildiyi rəsmi saytda bildirilib.
Son altı gündə ölkədə 6 yoluxma hadisəsi təsdiqlənib. Ümumilikdə isə pandemiya başlandığı dövrdən etibarən 76 nəfər ölüb, 1449 nəfər sağalıb.
Çərşənbə günü respublika ərazisində 5653 koronavirus testi sınaqdan keçirilib.
Litvada karantin rejimi martın 16-dan etibarən davam edir. Hökumət karantin rejimini iyunun 17-də ləğv etmək barədə qərar versə də, dövlət səviyyəsində elan edilmiş fövqəladə vəziyyət hələ də davam etməkdədir.
Tətbiqimizi yükləyə bilərsiniz