Bu şəxs Azərbaycanın ən böyük bank səhmdarı oldu – DOSYE


Azərbaycanın ən böyük 8-ci (Aktivlərinə görə) bankı olan “Unibank”ln iri səhmdarları arasında bağlanan alqı-satqı müqaviləsi nəticəsində bankın əsas səhmdarı olan Eldar Qəribovun bankın nizamnamə kapitalında iştirak payı artaraq 86,3839 %-ə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu müqavilədən əvvəl Eldar Qəribovun bankdakı payı 77,3839% olub. Eldar Qəribovun payındakı artım Avropa Yenidənqurma və İnkişaf Bankının iştirak paynın alınması hesabına baş verib.
Qeyd edək ki, bu son bir ildə baş tutan ikinci alqı-satqı müaviləsidir. Belə ki, bu ilin oktyabr ayında Eldar Qəribov Avropa Yenidənqurma və İnkişaf Bankının “Unibank”dakı 35,4748 %-lik iştirak paynı da satın alıb.
Sonuncu alıq-satqı müaviləsindən sonra Avropa Yenidənqurma və İnkişaf Bankının “Unibank”da iştirak payı qalmayıb.
Hazırda “Unibank” səhmdarlarının nizamnamə kapitalında payı aşağıdaki kimidir:
1. Qəribov Eldar Mahmud oğlu - 86,3839%
2. "Canley Finance SA"   - 5,1 %
3. Zemfira Cəfərova    - 2,5 %
4. "Ribel Finance SA"  -  2,5 %
5. "Tsagkamilis Georgios"  -  2,2 %
6. İnna İvaşenko  - 0,8 %
7. Faiq Hüseynov  - 0,3 %
8. Emin Quliyev  - 0,2 %
Məlumat üçün bildirək ki, “Unibank” ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin ilk rübünün nəticəsinə görə bankın aktivlərinin həcmi 755 milyon 945 min 590 manat olub.
“Unibank”ın nizamnamə kapitalı 125 milyon 686 min 355,68 manat  təşkil edir. Buraxılan adi adlı, səs hüququ verən sənədsiz səhmlərin sayı 46 milyon 208 min 219 ədəddir. Hər bir səhmin nominal dəyəri 2,72 manatdır. Hazırda bu göstərici ilə Eldar Qəribov “Premium Bank”ın əsas səhmdarı Zərifə Həmzəyevanın önünə keçərək Azərbaycanın ən böyük bank səhmdarı sayılır.
Eldar Qəribovun 2018-ci ildə Malta vətəndaşlığını qəbul etdiyi barədə mətbuatda məlumatlar yayılıb. Bundan başqa Eldar Qəribov Azərbaycan- Fransa əlaqələrinin inkişafına verdiyi töhfəyə görə, Fransa prezidentinin fərmanı ilə bu ölkənin ali mükafatı- “Fransanın Fəxri Legion Kavaleri ordeni”nə layiq görülüb. Qeyd edək ki, Fəxri Legion ordeni — Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatıdır. 19 may 1802-ci ildə Napoleon Bonapart tərəfindən təsis edilib.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top