"Deksametazon"la bağlı ÜST-dən AÇIQLAMA


Ümumdünya Səhiyyə Təşkilatının direktoru Tedros Qebreyesus COVİD-19 xəstələrinə qarşı tətbiqi planlaşdırılan yeni dərman barədə danışıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ÜST-ün İsveçrədəki mərkəzində baş tutan onlayn mətbuat konfransında danışan Tedros Qebreyesus "Deksametazon" adlı dərmanla bağlı əldə edilən nəticələrin sevindirici olduğunu deyib: "Bu cür araşdırmalar davam etdirilməlidir və çox yaxşı haldır. Ancaq, qeyd etmək lazımdır ki, bu dərman klinikalarda həkim nəzarəti altında qəbul edilməlidir".
Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində "Deksametazon" adlı dərmanın koronavirus xəstlərində ölüm hallarını azaltdığı məlum olub. Bu səbəbdən həmin dərmandan COVİD-19-a qarşı istifadəsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top