Rusiyada COVID-19-a yoluxanların sayı 560 mini keçdi


Rusiyada koronavirusla yoluxanlar
ın və ölənlərin sayı artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Rusiyanın Koronavirus İnfeksiyasına Nəzarət və Profilaktika Mərkəzi tərəfindən açıqlanıb. Rusiyada COVID-19-a yoluxanların sayı 561 min 91-ə, ölənlərin sayı 7 min 660-ya yüksəlib. Ölkədə son bir gün ərzində ölənlərin sayı 182 nəfər, sağalanların sayı isə 9 min 621 nəfər olub. Beləliklə də Rusiyada ümumilikdə sağalanların sayı 313 min 963 nəfərə çatıb.
Paytaxt Moskvada isə son 24 saatda yoluxma halı 1040 nəfər artaraq, ümumilikdə 210 min 785 nəfərə, ölü sayı isə 49 nəfər artaraq 3 min 483 nəfərə çatıb.
Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində 311 min test keçirilib. Bu günə qədər keçirilmiş testlərin sayı 15 milyon 900 mini keçib. Açıqlamada həmçinin 309 min insanın nəzarət altında olduğu bildirilib.
Qeyd edək ki, Rusiyada ilk yoluxma halı yanvarın 31-də, ilk ölüm halı isə martın 19-da qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top