AFFA-nın vitse-prezidenti Operativ Qərargahdan kömək istədi


İTV-də yayımlanan “3D” verilişinin budəfəki qonağı AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov olub.
Yeniavaz.com
xəbər verir ki, verilişdə Vaqif Sadıqov futbolçulara oynamaları ilə bağlı şərait yaradılması üçün Operativ Qərargahdan kömək istəyib:
“Üzümü Operativ Qərargaha tutub demək istəyirəm ki, bizə də dəstək olsunlar. Bu məsələnin həllində kömək etsinlər. Futbolçuları bazaya salıb, sərt karantin rejiminin tətbiq olunduğu günlərdə belə, ən azından şənbə-bazar günləri futbolçuları hazırlıq üçün saxlaya bilərik”.
AFFA-nın vitse-prezidenti onu da qeyd edib ki, iyunun 1-dən açıq havada idman yarışlarının keçirilməsinə, məşqlərin edilməsinə icazə verilsə də, bu sevinc çox uzun çəkməyib:
“Bir neçə gün sonra Operativ Qərargahın sərt qaydaları ilə rastlaşdıq. Qayda da deyilirdi ki, həftəsonları küçəyə çıxma qadağası olacaq. Bu da futbolçuları çox pis vəziyyətə saldı. Ondan sonra müzakirələr başladı ki, çempionatı davam etdirib-etdirməyək”.
Qeyd edək ki, Vaqif Sadıqov  iyunun 18-də iclas keçiriləcəyini və vacib müzakirələrin olacağını bildirib.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top