İctimai Televiziyada yayımlanan “3D” proqramında bu dəfə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancının sərt karantin rejimi vaxtı istirahət etməsinə sataşıblar.
Yeniavaz.com xəbər verir ki, verilişin əvvəlində katibə Lyuba, Əzidən niyə məyus olduğunu soruşub. Əziz isə cavabında həyat yoldaşının ondan incidiyini, səbəb kimi “ÜST”dəki qadının sərt karanti rejiminin tətbiq olunduğu günlərdə Qubaya istirahətə getməsini və fotoları instaqramda paylaşmasını göstərib.
“Üstümüzdəki qadının 89 yaşı var. Adı da Tamara xaladır. Qubaya istirahədə getməyi dərd yarı... Sənin instaqramda şəkil paylaşan yaşındır? Televizorlarda, saytlarda Operativ Qərargah deyir ki, evdə oturun” – deyə, Əziz qeyd edib.
Lyuba isə cavabında, “Əziz sən yoldaşını düzgün başa düşməmisən. “ÜST”dəki qadın deyəndə, başqasını nəzərdə tuturdu”, sözlərini deyib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəsi Dr. Hande Harmancı ötən həftə sərt karantin rejimin tətbiq olunduğu günlərdə “İntagram” hesabında Quba və Qusar gəzintisindən fotolar paylaşmışdı. Hər kəsə “Evdə qal” deyən Hander Harmancının bu hərəkəti birmənalı qarşılanmamış, bundan sonra o, üzr istəmişdi.
İlahə Hüseynova