Deputat: "Pandemiyadan qabaq Azərbaycan xalqı çimmirdi?"

“Azərsu”ya sualım var: Pandemiyadan qabaq Azərbaycan xalqı çimmirdi, əlini yumurdu? Onunla razıyam ki, insanlar koronavirusla əlaqədar daha çox əllərini yuyurlar, sudan daha çox istifadə edirlər. Amma suya olan tələbat bir neçə dəfə artmayıb ki! Dövlət bu qədər vəsait ayırır, bu vəsait necə xərclənir ki, su təchizatında çatışmazlıqlar ortaya çıxır?!
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda müşahidə olunan su qıtlığı barədə Oxu.Az-a müsahibəsində deyib.
Deputat qeyd edib ki, hələ pandemiya olmayanda da hər il may ayından sudan istifadə ilə bağlı xeyli problemlər başlayırdı:
"Nəyə görə, kimə görə? Nədir bunun izahı? Niyə problemin həlli istiqamətində neçə ildir işlər görülmür? Bizim millət vəkili kimi işimiz odur ki, “Azərsu”nun rəhbər şəxslərini dəvət edək və “niyə sən bu problemi həll etmirsən?” deyə suallar verək. Pandemiya zamanı suya olan tələbatın artmasının su qıtlığı yaratması barədə deyilənlər isə gülüncdür, uşaq söhbətləridir. Bu milləti təhqir etmək nəyə lazımdır?".

DİGƏR XƏBƏRLƏR

Top