İtaliya kubokunun qalibi bəlli olub


İtaliya kubokunun qalibi müəyyənləşib.

Həlledici görüşdə “Napoli” ilə “Yuventus” üz-üzə gəlib.

Roma Olimpiya Stadionunda baş tutan qarşılaşmanın 90 dəqiqəsində qapılara qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada isə daha dəqiq oynayan "Napoli" qalib gəlib.

Beləliklə, 10-cu dəfə finalda iştirak edən “Napoli” 6 illik kubok həsrətinə son qoyub. Neapol təmsilçisi tarixində 6-cı dəfə ölkə kubokunu muzeyinə aparıb.

Kubokda 19-cu finalını oynayan "Yuventus" isə 6-cı məğlubiyyətini alıb.

İtaliya kuboku
Final
17 iyun
“Napoli” – “Yuventus” – 0:0

Penaltilər seriyası - 4:2

ApaSport

DİGƏR XƏBƏRLƏR

Top