Azərbaycanda vəziyyəti ağır olan koronavirus xəstələrinin sayı açıqlandı - STATİSTİKA


Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 5700 test aparılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayıb.

Ümumilikdə aparılan testlərin sayı 397 min 399-a çatıb. Aktiv xəstə sayı 4783 nəfər, 146 nəfər reanimasiyadadır, onlardan da 29-u süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 17-də Azərbaycanda koronavirus infeksiyasına daha 329 yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

 

DİGƏR XƏBƏRLƏR

Top