Daha 152 nəfər Rusiyadan Azərbaycana gətirildi


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

AZAL-dan verilən məlumata görə, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib. (APA)

DİGƏR XƏBƏRLƏR

Top