ABŞ-da COVİD-19-dan ölənlərin sayı 120 minə yaxınlaşdı


ABŞ-da yeni növ koronavirus səbəbilə ölən və yoluxanların sayı artıb.
Yeniavaz.com "worldometers"ə istinadla xəbər verir ki, ABŞ-da son sutka ərzində 72 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib. Nəticədə ölənlərin sayı 119 min 161 nəfərə çatıb. Yoluxanların sayı isə 2 milyon 213 min 5 nəfərdir.
Qeyd edək ki, dünyada koronavirus pandemiyası səbəbilə 447 min 318 nəfər ölüb, 8 milyon 309 min 823 nəfər həmin xəstəliyə yoluxub, 4 milyon 348 min 637 nəfər isə sağalaraq evə buraxılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top