Rusiya atom bombası daşıya bilən təyyarəni ABŞ sərhəddinə göndərdi - ABŞ müdaxilə etdi


Rusiyanın Tu-95MS bombardman təyyarəsi ABŞ sərhəddinə yaxınlaşanıb, ABŞ qırıcıları isə onların sərhəd xəttini pozmasına müdaxilə edib.
Yeniavaz.com
“Milliyet”ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi məlumat verib. Açıqlamada deyilir ki, bir həftə aradan sonra yenə də Rusiyanın atom bombası daşıya bilən təyyarəsi Çukçi Dənizi, Berinq Boğazı və Oxot Dənizini keçərək ABŞ-la sərhədə yaxınlaşıb.
Rəsmi Moskva isə hadisə ilə bağlı bildirib ki, təyyarə ölkələr arası hava sərhəddini pozmayıb.
Qeyd edək ki, keçən həftə də Rusiyanın eyni təyyarəsi ABŞ sahillərinə qədər yaxınlaşmışdı. O girişin də qarşısı ABŞ tərəfindən alınmışdı.

DİGƏR XƏBƏRLƏR

Top